Monteneqrolu futbolçu “Neftçi” ilə razılığa gələ bilmədi!

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Neftçi”nin Montenqerodan olan qapıçı Milan Miyatoviçi baxışdan keçirməsi ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq. 
 

Newsport.az-ın məlumatına görə, 28 yaşlı qolkiperin Bakı təmsilçisinə keçidi baş tutmayıb. Belə ki, "Neftçi”nin şərtləri Miyatoviçi razı salmayıb. Bu barədə məlumatı əməkdaşımızla söhbətində qolkper özü məlumat verib: "Bildirmək istəyirəm ki, "Neftçi”yə keçidim baş tutmadı. Bakı təmsilçisinin şərtləri ilə razılaşmadığım üçün bu gün Montenqroya qayıdacam”. 
 
Qeyd edək ki, "Neftçi” baxışda olan digər legionerlərlə bağlı qərar verib. "Ağ qaralar” Vançe Şikov, Edson Kastilyo və Dario Melnyakla müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right