Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ" Lüksemburq təmsilçisi "Düdelanj"la qarşılaşacaq.
Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçizi ilk oyununu azarkeşləri önündə keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma 12 iyul saat 21:00-da start götürəcək.
Qeyd edək ki, tərəflər arasında cavab matçı bir həftə sonra, iyulun 19-da keçiriləcək.