“Sumqayıt” daha iki futbolçunun keçidini həll etdi

2016/17 mövsümünə hazırlaşan "Sumqayıt” daha iki futbolçunun keçidini həll edib. 
 
Newsport.az-ın məlumatına görə, "Gənclik şəhəri” təmsilçisi "Neftçi”nin futbolçuları Mirabdulla Abbasov və Məhəmməd Qurbanovu rənglərinə bağlayıb. 

Son mövsümü Latviyanın "Dauqavpils” komandasında keçirən Abbasov icarə əsasında "Sumqayıt”ın şərəfini qoruyacaq. Millimizin sabiq üzvü Məhəmməd Qurbanov isə azad agent kimi sabiq komandasına qayıdıb. 
Qeyd edək ki, "Sumqayıt” daha öncə  Fərhad Vəliyev ("Qarabağ), Kamran Abdullazadə ("Xəzər Lənkəran"), Ruslan Tağızadə ("Rəvan")  və Əli Həsənli ("Neftçala") kimi futbolçularla güclənmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right