Albaniya millisinin sabiq üzvü Azərbaycan klubunda

"Zirə” transfer çalışmalarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi bu dəfə legioner futbolçu ilə anlaşıb. 
 
Belə ki, Albaniyadan olan Gerhard Proqni düşərgəyə cəlb olunub.  Tərəflər arasında 3 illik müqavilə imzalanacağı gözlənilir. 29 yaşlı dayaq yarımmüdafiəçisi karyerası ərzində "Partizan” (Tirana), "Besa” (Kavaye), "Dinamo” (Tirana), "Flamurtari” və "Kukesi” komandalarında forma geyinib. Albaniyanın 19 və 21 yaşadək futbolçuardan ibarət milli komandasının sabiq üzvünün son klubu "Skenderbeu” olub. 
 
Qeyd edək ki, bu, gümüş mükafatçının 6-cı transferi olub. Gerhard Proqniyə  qədər Tural Cəlilov, Yamin Ağakərimzadə, Yasin Həmid, Murad Səttarlı və Cəmil Haıyev "Zirə” ilə müqavilə bağlamışdılar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right