Monteneqrolu futbolçu İqor İvanoviçin "Zirə”dən ayrılması ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.
Newsport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu böyük ehtimalla karyerasını ölkəsində davam etdirəcək. Belə ki, mövsümün əvvəlində Monteneqronun "Rudar” klubundan "Zirə”yə transfer olunan İvanoviç "Mladost” klubundan təklif alıb. Azərbaycan Premyer Liqasında 28 oyuna 3 qol vuran futbolçunun Podqoritsa təmsilçisinin təklifini dəyərləndirəcəyi gözlənilir.
Qeyd edək ki, "Mladost” Monteneqroda 2015/16 mövsümünün çempionudu.