Bakının "İnter” klubunun sabiq futbolçusu Matiya Şpiçiçin yeni komandasının adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, 2015-ci ildə "İnter”dən ayrılan futbolçu karyerasını Gürcüstanda davam etdirəcək. "İnter”dən ayrıldıqdan sonra ötən mövsümü "Osiek”də kleçirən futbolçu "Dinamo” ilə anlaşıb. 28 yaşlı xorvatiyalı futbolçu Tbilisi təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, cari mövsüm başa çadıqdan sonra "İnter”i tərk edən Georgi Lomaya da Tbilisi təmsilçisi ilə 1 illik müqavilə imzalamışdı.