Bolqarıstanlı futbolçu Georgi Kostadinov karyerasını ölkəmizdə davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, "Levski”nin formasını geyinən futbolçu Premyer Liqa klublarımızın birindən təklif alıb.
Bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. "7 Days Sport”un məlumatına görə, 25 futbolçu "Levski” rəhbərliyinə müraciət eib. Sofia təmsilçisi ilə 1 illik müqaviləsi olan futbolçu klub rəhbərliyinə Azərbaycan klublarının birindən təklif aldığını və karyerasını ölkə xaricində davam etdirmək istədiyini deyib.
Qeyd edək ki, mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Kostadinov ötən ildən "Levski”də çıxış edir. O, karyerası ərzində "Naftex Burqas”, "Çernemorets” (Pomorie), "Ludoqorets” (Razqrad), "Beroe Stara” (Zoqora) kimi klublarda forma geyinib.
Kostadinovun Bolqarıstanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq üzvü olduğunu də nəzərinizə çatdıraq.