17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışını davam etdirir.
Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimiz bu gün yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Baş məşqçi Rafiq Mirzəyev yetirmələrini "Rostov” klubunun U-18 komandası ilə görüşdə yoxlayıb. Bol qollu keçən oyun yığmamızın 4:2 hesablı qələbəsı ilə nəticələnib.
Yığmamızın heyətində Kamran Quliyev dubl edib, Xaqani Sadıxov və Şakir Seyidov isə hərəyə 1 dəfə fərqləniblər.