Mövsüm başa çatdıqdan sonra "Sumqayıt”dan ayrılan Cəmil Hacıyevin yeni iş yerinin adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, 22 yaşlı futbolçu karyerasını "Zir”də davam etdirəcək. Əldə etdiyimiz məlumata görə tərəflər arasında ilkin razılıq əldə olunub və yaxın günlərdə münasibətlər rəsmiləşəcək. Gənc futbolçu Bakı təmsilçisi ilə 1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, "Zirə” yay transfer dönəmində Tural Cəlilov, Yamin Ağakərimzadə, Yasin Həmid və Murad Səttarlını rənglərinə bağlamışdı.