Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün hazırlıq prosesinə başlayıb.
Newsport.az-ın xəbərinə görə, Ağdam təmsilçisi Zalsburq yaxınlığındakı Kössen qəsəbəsində, Alp dağlarının yamacındakı oteldə məskunlaşıb.
"Qarabağ" Avstriyada təlim-məşq toplanışı müddətində dörd yoxlama oyunu keçirəcək. Yoxlama oyunlarından ikisinin keçirilmə tarixi məlumdur. Qurban Qurbanovun komandası iyunun 25-də yerli "Vakker" klubu və iyunun 28-də isə dördqat Rusiya çempionu "Zenit"lə qarşılaşacaq.