Türkiyənin Bolu şəhəridə təlim-məşq toplanışında olan "Neftçi" düşərgəyə daha bir futbolçu cəlb edib.
Newsport.az-ın məlumatına görə, söhbət Vançe Şikovdan gedir gedir.
Əldə etdiyimiz məlumata görə, Xuan Alberto Melli ilə yollarını ayıran bakılılar ispaniyalı futbolçunun yerini Şikovla doldurmaq niyyətindədi. Lakin hələlik tərəflər arasında razılıq əldə olunmayıb. Makedoniya milli komandasının üzvü Bakı klubu ilə danışıq aparmaq üçün Boluda peydə olub.
Qeyd edək ki, 194 sm boyu olan mərkəz müdafiəçisi son olaraq Vyana "Avstriya"sında çıxış edib. Makedoniya milli komandasının heyətində 49 matçda 4 qol vuran futbolçu karyerası ərzində "Tvikes”, "Skoda Xanti”, "Pobeda Prilep”, "Olimpiakos”, "Krikera”, "Apollon” (Kalamarias), "Etnikos” və "Voln” kimi komandalarda forma geyinib.
Onu da bildirək ki, Boluda təlim-məşq toplanışında olan "Neftçi” hazırda Edson Kastilyo və Milan Miyotoviç kimi legionerləri də baxışdan keçirir.