“Qarabağ”ın futbolçusu “Neftçi”də

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi” düşərgəsinə daha bir futbolçu cəlb edib. 
 

Newsport.az-ın məlumatına görə, söhbət "Qarabağ”ın futbolçusu Elton Yaqubludan gedir. Əldə etdiyimiz məlumata görə, 25 yaşlı futbolçu artıq Vəli Qasımovun rəhbərliyi altında məşqlərə start verib. O, yeni komandası ilə Türkiyə toplanışına yola düşüb. "Qarabağ”la müqaviləsi olan futbolçunun icarə əsasında "Neftçi”də çıxış edəcəyi gözləilir. 
 
Qeyd edək ki, Elton karyerası ərzində "Neftçi”, AZAL (icarə) və "Qarabağ”da  forma geyinib.

Futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right