"Zirə”nin hücumçusu Nelson Bonilla karyerasını Portuqaliyada davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, Salvador milli komandasının üzvü "Nasional" klubuyla anlaşıb.
Qəsəbə təmsilçisi komanda ilə 1 illik müqaviləsi olan hücumçunun "Nasional"a keçidinə mane olmayıb. Çünki bu transfer "qartallar"ın büdcəsini bir qədər artırıb. Belə ki, "Nasional" Bonillanın keçidi üçün "Zirə"yə 100 min avro ödəyib.
Qeyd edək ki, Bonilla ötəm mövsüm "Zirə" forması ilə 29 matçda iştirak edərək 14 qola imza atmağı bacarmışdı.