"Kəpəz"in ilk rəqibi bəlli oldu

“Kəpəz” Türkiyədə təlim-məşq toplanışını davam etdirir. 

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda iyunun 11-dən Ərzurumda hazırlaşır.

Toplanış müddətində “sarı-göylər” yoxlama oyunları da keçirəcək. Gəncə klubunun rəqiblərindən birinin adı artıq bəlli olub. “Kəpəz” Türkiyə Futbol Federasiyası Bölgə Karmalar (seçmə) komandası ilə qarşılaşacaq. Bu komanda müxtəlif yaş qrupları üzrə millilərə namizəd gənc futbolçulardan təşkil olunub.

İyunun 18-də keçiriləcək yoxlama matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right