Emil Balayev üçün iki təklif: Biri Belçikadan, biri İsveçrədən

Azərbaycan milli komandasının üzvü Emil Balayevin Almaniyanın "Ayntraxt” klubundan ayrılmasından xəbərdarsınız.
Newsport.az-ın məlumatına görəhazırda azad agent statusu daşıyan futbolçu klub axtarışındadır. 

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə 22 yaşlı futbolçu karyerasını ölkə xaricindən davam etdirəcək. Belə ki, "Ayntraxt”ın əsas komandasında rəsmi oyunlarda forma şansı qazana bilməyən Balayev hazırda Belçika və İsveçrə I Divizionunda çıxış edən klubların maraq dairəsindədi. 
Bilgimizə görə, Emil Balayev bu məsələ ilə bağlı yaxınlarından da məsləhət alıb. Qolkiperimizin adıçəkilən ölkələrin klublarından birinə keçəcəyi gözlənilir.
Qeyd edək ki, "Neftçi”nin yetirməsi olan Balayev 2014-cü ildən Frankfurt təmsilçisinin şərəfini qoruyurdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right