Umut Bulut milli komadamızımın futbolçusu ilə eyni komandada

Türkiyə milli komandasının üzvü Umut Bulut komandasını dəyişə bilər.

Newsport.az-ın məlumatına görə, "Qalatasaray”da əsas heyətə düşməkdə çətinlik çəkən futbolçunun xidmətində Superliqada mübarizə aparan "Kayserispor” klubu maraqlıdır. 
 
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, Kayseri təmsilçisi 33 yaşlı hücumçunu İstanbul klubundan 1 il müddətinə icarəyə götürmək istəyir.  Lakin məsələ ilə bağlı son qərarı "Qalatasaray” rəhbərliyi verəcək. 
 
Qeyd edək ki, milli komandamızın üzvü Ufuk Budak da növbəti mövsümdən "Kayserispor”un uğurları üçün çalışacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right