Millimiz Makedoniyaya məğlub oldu

Makedoniyanın Skopye şəhərində 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında UEFA İnkişaf turnirinə start verilib.

Newsport.az-ın məlumatına görə, yarışda iştirak edən Azərbaycan millisi bu gün ilk matçına çıxıb.
 
Komandamızın rəqibi yerli Makedoniya seçməsi olub. Meydan sahiblərinin oyunçusu Mariya Belistoyanovskanın dubluna (12 və 53-cü dəqiqələr) yığmamız Ayşən Əhmədova (48) və Salome Qasvianinin (80+1) vurduğu qollarla cavab verib. Oyun 2:2 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən meydan sahibləri 4:2 (ümumi nəticə - 6:4) hesabı ilə qalib gəliblər. 
 
Yığmamız turnir çərçivəsində növbəti oyununu iyunun 18-də Xorvatiyaya qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right