Mövsüm başa çatdıqdan sonra bir neçə futbolçusu ilə yollarını ayıran “Sumqayıt”da yeni mövsüm üçün hazırlıqlar gedir.
Newsport.az-ın məlumatına görə, Fərhad Vəliyev və Kamran Abdullazadə ilə müqavilə imzalayan “gənclik şəhəri” təmsilçisi yeni futbolçularla da danışıq aparır.
Lakin “kimyaçılar” növbəti mövsümdə də heyətinə legioner futbolçu əlb edə bilməyəcək. Bu barədə məlumatı əməkdaşımızla söhbətində komandanın baş məşqçisi Samir Abasov məlumat verib: “Bizim ümidimiz var idi ki, legioner futbolçu trasnfer etməyimizə icazə versinlər. Amma buna icazə vermədilər. Niyə icazə verilmədi, bunun səbəbini bilmirəm”.
Qeyd edək ki, “Sumqayıt” hazırda Məhəmməd Qurbanov və Mirabdulla Abbasovla danışıq aparır.