"Neftçi”də yeni müqavilə qeydə alınıb.
Newsport.az -ın məlumatına görə, paytaxt təmsilçisi braziliyalı müdafiəçi Jayro Filyo Rodrigesin müqavilə müddətini artırıb.
Movsümün əvvəlində Braziliyanın "Trofense” klubundan komandaya cəlb olunan 23 yaşlı futbolçu daha bir il "ağ qaralar”ın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Filyo ötən mövsüm "Neftçi”nin heyətində 20 oyuna çıxmış və 2 oyunda fərqlənməyə nail olmuşdu.