Son mövsümü "Qəbələ”nin heyətində keçirən Ruslan Abışov üçün 2 variant var.
Newsport.az -ın məlumatına görə, milli komandamızın müdafiəçisinin xidmətində paytaxtın "Neftçi” və "İnter” klubları maraqlıdır.
Əldə etdiyimiz məlumata görə, Abışovun "İnter”ə keçidi baş tutmaya bilər. Belə ki, "bankirlər” Ruslan Abışovun mövqeyində oynayan Zurab Xizanişvili ilə razılıq əldə edib. Gürcüstan milli komandasının üzvü daha bir il "İnter”də qalmağa razılıq verib. Məhz bu razılıqdan sonra Ruslanın "İnter”ə keçidi üçün müəyyən maneə ortaya çıxıb.
Lakin bu, təcrübəli müdafiəçinin "İnter”ə keçidinin baş tutmaması demək deyil. Əgər "İnter”in baş məşqçisi Zaur Svanadze müdafiə xəttini daha da gücləndirmək istəsə Ruslanın komandaya keçidi baş tuta bilər.
Qeyd edək ki, Ruslan Abışov özü də karyerasını Bakıda davam etdirmək istəyir. O, şəxsi məsələlərə görə Bakıda qalmağın tərəfdarıdır.