Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən və milli komandamızın sabiq üzvü Fərhad Vəliyevi rənglərinə bağlayan "Sumqayıt” klubu daha bir futbolçu ilə razılıq əldə edib.
Newsport.az-ın məlumatına görə, "gənclik şəhəri” təmsilçisi "Xəzər Lənkəran”ın yetirməsi, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Kamran Abdullazadə ilə ilkin danışıqlarını müsbət yekunlaşdırıb. Bizdə olan məlumata görə, gənc yarımmüdafiəçi yaxın günlərdə "kimyaçılar”la müqavilə imzlayacaq.
Qeyd edək ki, mövsüm başa çatdıqdan sonra Fərhad Vəliyevlə müqavilə imzalayan "Sumqayıt” Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad (hamısı "İnter”), Tofiq Mikayılov, Emin Mehdiyev, Uğur Pamuk, Cəmil Hacıyev, Tural Abbaszadə, Aleksandr Çertoqanov, Murad Ağayev, Rasim Ramaldanov kimi futbolçularla yollarını ayırıb.