Vaqif Cavadov 1 illik rəsmi müqavilə imzaladı

"Sumqayıt" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb. 

Newsport.az -ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Sumqayıt təmsilçisi Vaqif Cavadovla yeni müqavilə imzalayıb. 

Adıçəkilən yarımmüdafiəçi klubla 1 illik sazişə imza atıb.

Qeyd edək ki, Vaqif Cavadov 2015/2016 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada 16 qarşılaşmada meydana çıxıb (1235 dəqiqə) və 3 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right