"Qəbələ" ilk yoxlama oyununu keçirdi

2016-2017 mövsümünə hazırlığı davam etdirən “Qəbələ” Bakıda baş tutan təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib.

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar” “Bakı” ilə görüşüb.

Qarşılaşma paytaxtın eyniadlı təmsilçisinin bazasının stadionunda baş tutub. Bölgə təmsilçisi oyunun hər hissəsini fərqli heyətlə keçirib. Matç 1:1 hesabı ilə nəticələnib.

“Qəbələ” növbəti yoxlama oyununu iyunun 15-də keçirəcək. Roman Qriqorçukun yetirmələri U-19 Liqasında çıxış edən futbolçulardan ibarət yığma ilə üz-üzə gələcək. “Bakı” FK-nın bazasında baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq. (klub saytı)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right