"Qarabağ"ın rəqibi dəyişdi

Yeni mövsümün hazırlıqları üçün Avstriyaya gedəcək "Qarabağ"ın keçirəcəyi yoxlama görüşlərindəki rəqibi dəyişib.  

Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi iyunun 28-də Rusiyanın "Rostov" klubu ilə qarşılaşmalı idi.

Lakin oyun planında dəyişiklik edildiyi üçün "Qarabağ" iyunun 28-də 4 qat Rusiya çempionu "Zenit"lə yoxlama oyunu keçirəcək.

Qeyd edək ki, "Qarabağ"ın ilk rəqibi yerli "Vakker” klubu olacaq. Sözügedən qarşılaşma iyunun 25-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right