Bu gün AFFA-nın mənzil qərargahında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Newsport.az-ın məlumatına görə, gündəlikdə duran əsas və yeganə məsələ növbəti mövsümdə Premyer Liqanın neçə klub və hansı formatla keçirilməsi idi.
Toplantının sonunda məlum olub ki, 8 klubdan başqa heç kim lisenziya problemini yoluna qoya bilməyib. Bu üzdən də Premyer Liqa yeni mövsümdə 8 klubun iştirakı ilə keçiriləcək.
Qeyd edək ki,yeni mövsümdən çempionatda "Qarabağ", "Zirə", "Qəbələ", "İnter", "Kəpəz", "Neftçi", AZAl və "Sumqayıt" oynayacaq.