“Avro-2016”da daha üç oyunun hakim təyinatları açıqlanıb.
Newsport.az-ın UEFA-nın saytına istinadənn yaydığı xəbərə görə, “Qarabağ”ın futbolçusu Ansi Aqollinin çıxış etdiyi Albaniya millisi və Fransa arasında iyunun 15-də keçiriləcək oyunu Uilyam Kollumun başçılıq edəcəyi şotlandiyalı hakimlər briqadası idarə edəcək.
Onun köməkçiləri irlandiyalı Damyen Makqreytlə şotlandiyalı Frensis Konnor olacaq. Robert Maddenlə Con Biton əlavə köməkçi-hakimlər olacaq.
Digər iki oyunun hakim təyinatları isə belədir:
15 iyun
B qrupu
17:00. Rusiya - Slovakiya
Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan
Əlavə köməkçi-hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Yonas Eriksson (İsveç)
Ehtiyat köməkçi-hakim: Matias Klasenius (İsveç)
A qrupu
20:00. Rumıniya - İsveçrə
Baş hakim: Sergey Karasyov
Yan xətt hakimləri: Nikolay Qolubev, Tixon Kalugin
Əlavə köməkçi-hakimlər: Sergey Lapoçkin, Sergey İvanov (hamısı Rusiya)
Dördüncü hakim: Aleksey KULBAKOV (Belarus)
Ehtiyat köməkçi-hakim: Vitali Malyutsin (Belarus)