"Neftçi" məşqlərə başladı

“Neftçi” fasiləyə son qoyub.

Newsport.az-ın məlumatına görə, iyunun 10-11-də tibbi müayinədən keçən komanda üzvləri bu gün məşqlərə start verib.

Futbolçular iyun ayının 14-nə qədər klubun təlim-məşq bazasında məşq edəcəklər. Komanda üzvləri ayın 14-dən 15-ə keçən gecə təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yollanacaqlar.

Qeyd edək ki, “Neftçi” Avropa Liqasının ilk təsnifat mərhələsindəki oyunlarını iyunun 30-da və iyulun 7-də keçirəcək. Püşkatma mərasimi iyunun 20-də İsveçrənin Nyon şəhərində baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right