Millimiz son oyunda uduzdu

Rumıniyada təşkil olunmuş UEFA İnkişaf Turnirində iştirak edən 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün növbəti matçına çıxıb.

Newsport.az-ın məlumatına görə, millimizin bu dəfəki rəqibi Türkiyə yığması olub.

Üç qolun vurulduğu qarşılaşmada qələbə türklərə qismət olub.

Xatırladaq ki, qızlarımız turnirdəki ilk oyununda Rumıniyaya 1:4 hesabıyla uduzmuş, Sloveniyaya isə 2:1 hesabı ilə qalib gəlmişdi.

12 iyun

Azərbaycan - Türkiyə - 1:2

Turnir cədvəli: Türkiyə – 9 xal (top fərqi 18-2), Rumıniya – 3 (5-9), Azərbaycan – 3 (4-7), Sloveniya – 0 (1-10).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right