"Sumqayıt" "Neftçi"nin daha bir futbolçusuna göz dikib

"Neftçi"nin yarımmüdafiəçisi Mirabdulla Abbasov paytaxt klubundan ayrıla bilər.

Newsport.az-ın məlumatına görə, bir müddət əvvələ qədər Latviyanın "Dauqavpils" klubunda çıxış edən gənc futbolçunun xidmətində indi də "Sumqayıt" maraqlıdır.

Sumqayıtlılar da Abbasovu latviyalılar kimi, icarə əsasında heyətə qatmağa çalışırlar. Tezliklə bu transferlə bağlı yekun görüşün keçirilməsi gözlənilir.

Abbasov özü məsələ ilə bağlı saytımıza açıqlamasında bunları söyləyib: "Hələ ki, hazırda istirahətdəyəm. "Neftçi"nin toplanışına qatılacağam. "Sumqayıt"a keçəcəyimə dair xəbərlər dolaşır. Amma bu barədə dəqiq heç nə yoxdur. Necə olacağını görəcəyik".

Qeyd edək ki, "Sumqayıt" "Neftçi"nin hücumçusu Məhəmməd Qurbanovu da heyətinə qatmaq istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right