“Qəbələ” hazırlıqlara start verdi

"Qəbələ” 2016-2017-ci illər mövsümünün hazırlığına start verib.
 
Newsport.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının ötən mövsümünün son turundan sonra istirahətə buraxılan "qırmızı-qaralar” iyunun 10-da Bakıda bir araya gəlib. "Qafqaz City Hotel”də məskunlaşan "Qəbələ” ilk məşqini "Bakı” klubunun bazasında gerçəkləşdirib. Komanda əsasən fiziki təmrinlərə və topsuz çalışmalara üstünlük verib. "Qırmızı-qaralar” növbəti məşqinə bu gün çıxacaq.
 
Xatırladaq ki, hazırlıq prosesinin 1-ci mərhələsini paytaxtda keçirən komanda məşqlərini iyunun 15-dək burada davam etdirəcək. Ardınca ölkə xaricinə yollanacaq Roman Qriqorçukun yetirmələri iyunun 16-dan 26-dək Gürcüstanın paytaxtı Tbilisidə hazırlıq keçəcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right