16 illik fasilədən sonra ölkəmizi avrokuboklarda təmsil edəcək "Kəpəz” klubu turnir üçün hazırlığını Türkiyədə keçirəcək.
Newsport.az-ın məlumatına görə, Gəncə təmsilçisi bu məqsədlə ötən gün qardaş ölkəyə gedib. Şahin Diniyevin komandası 10 günlük hazırlıq planı çərçivəsində bir neçə yoxlama matçı da keçirəcək.
Gəncəlilərin uzun müddət zədədən əziyyət çəkən futbolçusu Dario Federiko da sözügedən toplanışda iştirak edəcək. Diz bağlarındakı zədəyə görə,təxminən 7 ay yaşıl meydanlardan kənarda qalan futbolçu ötən gecə İstanbula gəlib. O, bu gün komandanın Ərzurumdakı təlim-məşq düşərgəsinə qatılacaq.
