Bu gün Bakı Olimpiya Stadionunda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyunu keçirib.
Newsport.az-ın məlumatına görə, yığmamız belaruslu həmyaşıdları ilə qarşılaşıb. Matç millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar iki gün əvvəl yoldaşlıq oyununda üz-üzə gəlib. Həmin matçda millimiz 1:4 hesabı ilə uduzub.
10 iyun
Yoxlama oyunu
19:00. Azərbaycan - U-19 - Belarus - U-19 - 2:1
Qollar: Murad Xaçayev, 10 (1:0), Bal Yevgeni, 16 (1:1), Murad Xaçayev, 45 (2:1)