19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Rumıniyada təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, yığmamız bu dəfə Sloveniya ilə münasibətlərinə aydınlıq gətirib. Matç millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızda qolları Gizəm Tənəkəçi (26-cı dəqiqə) və Mərvə Özdəmir (43-cü dəqiqə) vurub.
Xatırladaq ki, ilk görüşündə meydan sahibi - Rumıniya ilə qarşılaşan yığmamız rəqibinə 1:4 hesabı ilə uduzub.
10 iyun
20:00. Azərbaycan - Sloveniya - 2:1