“Zirə” hazırlıq planını açıqladı

"Zirə”nin yeni mövsümə hazırlıq planı məlum olub. 

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qartallar” iyunun 20-də bir araya gələcək. Əvvəlcə komanda üzvləri, 2 gün müddətində tibbi müayinədən keçəcəklər. Məşqlərə isə iyunun 22-də start veriləcək.
`
Baş məşqçi Adil Şükürov hazırlığın ilk mərhələsini Bakıda keçirəcək. "Qartallar” iyulun 16-dək ölkə daxilində məşq edəcək. Bu müddətdə "Zirə” iki yoxlama oyununda da qüvvəsini sınayacaq.
 

İyulun 16-da "Zirə” təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Türkiyəyə gedəcək. Boluda təşkil olunacaq hazırlıq zamanı 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Komanda Türkiyə toplanışını iyulun 30-da başa vuracaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right