Serbiyalı futbolçu Bakı klubunda qalmağa razılıq verdi

Heyətində "təmizləmə işləri” apardıqdan sonra bir neçə futbolçunu komandada saxlayan "Zirə”  daha bir oyunçusu ilə bağlı qərar qəbul edib.

Newsport.az-ın məlumatına görə, qəsəbə təmsilçisi Yovan Krnetanı komandada saxlamağa nail olub. 
 
Nurlan Novruzov, Vüqar Mustafayev, Kamal Bayramov, Aleksandr Şemonayev, Elvin Məmmədov, Anar Nəzirov və Nelson Bonilla ilə yeni müqavilə imzalayan "qartallar” Serbiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq futbolçusunun xidmətindən növbəti mövsümdə də yararlana biləcəklər. Belə ki, 24 yaşlı oyunçu klubla yeni müqavilə imzalamaq qərarına gəlib. Hazırda ölkəsində istirahətdə olan futbolçu Bakıya qayıtdıqdan sonra yeni müqaviləyə qol çəkəcək.
 
Qeyd edək ki, hələlik Tural Cəlilovla Yamin Ağakərimzadəni transfer edən və Yasin Həmidlə razılıq əldə edən  "Zirə” Nicat Qurbanov ("Kəpəz"), Tərzin Cahangirov, Sadiq Quliyev, Tellur Mütəllimov (hamısı "Qəbələ”: icarə müddəti başa çatıb), Rəşad Abdullayev, Ruslan Poladov, Çimezi Mbah, Dieqo Souza, Luis Alberto Diez və Viktor İbokoyi ilə yollarını ayırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right