“Qəbələ”dən Ruslan Qurbanov açıqlaması

"Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Azərbaycan milli komandasının və "Neftçi”nin hücumçusu Ruslan Qurbanovun adının "Qəbələ” ilə birgə hallanmasına münasibət bildirib. 
 

Newsport.az-ın məlumatına görəklub rəsmisi Qurbanov danışıq aparmadıqlarını bildirib: "Bilirsiniz ki, Ruslan Qurbanovun "Nefçti” ilə müqaviləsi var. Məndə olan məlumata görə "Nefçi”nin onu buraxmaq fikri yoxdur. Bu haqda xəbərlərin çıxmasını normal qarşılaya bilərik. Amma Ruslan Qurbanova rəsmi təklif göndərməmişik”. 
 
Qeyd edək ki, "Qəbələ” hazırda xorvatiyalı və Afrikalı futbolçularla danışıq aparır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right