Son mövsümü "İnter”in heyətində keçirən Nika Kvekveskiri növbəti mövsümdən "Qəbələ”nin uğurları üçün çalışacaq.
Newsport.az-ın məlumatına görə, Gürcüstan milli komandasının üzvü yaxın günlərdə "qırmızı qaralar”la münasibətlərini rəsmiləşdirəcək. Yarımmüdafiəçinin ölkəmizi Avropa Liqasında təmsil edəcək klubla 1 illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Nika ötən mövsüm "İnter”in heyətində 29 oyun keçirib və 4 qol vurmağı bacarmışdı.