Azərbaycanda futbol klubu yenidən bərpa olunur

İyunun 10-da Bakıda “Şuşa-Qarabağ” Peşəkar Futbol Klubunun yenidən bərpa olunması ilə əlaqədar tədbir keçiriləcək.
 
Newsport.az-ın məlumatına görə, tədbirdə klubun üzvləri ilə yanaşı, AFFA-nın nümayəndələri və digər idman ictimaiyyətinin iştirakı gözlənilir.
 
Xatırladaq ki, “Şuşa-Qarabağ” futbol klubu ötən illər ərzində Şuşa camaatı və Şuşanı sevən bir qrup şəxslər tərəfindən yaradılıb. Ancaq maliyyə problemləri ilə qarşılaşan klub fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
 
Bu il mayın 23-də keçirilən iclasda isə klubun yeni rəhbər heyəti və baş məşqçisi təyin olunub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right