Rəvan Premyer Liqada oynamaqdan imtina etdi

"Rəvan"ın vitse-prezidenti İlqar Axundov komandanın növbəti mövsümlə bağlı planlarını açıqlayıb.

Newsport.az-ın məlumatına görəo, bunları söyləyib:

"Premyer Liqada oynamaqdan imtina edirik. Lisenziya ilə bağlı çatışmazlıqları, eləcə də ötən gün AFFA İcraiyyə Komitəsinin nəticəsini nəzərə alaraq, klub rəhbərliyi növbəti mövsümü birinci divizionda keçirməklə bağlı qərar qəbul etdi. Baş məşqçi Bəhmən Həsənovla da danışdım. Artıq o, komandanı bu turnirə hazırlamaqla bağlı tapşırıq alıb. Seleksiya işlərinə başlamışıq. Yenə gücümüzü birinci divizionda sınayıb, elitaya qayıtmağa çalışacağıq. Buna baxmayaraq, Klubları Komitəsinin sabahkı iclasında iştirak edəcəyik. Məni də oraya dəvət ediblər".

azerisport.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right