“Qarabağ”ın futbolçusu Türkiyədə müalicə alır

"Qarabağ”ın futbolçusu Namiq Ələsgərov Türkiyəyə yollanıb. 
 

Newsport.az-ın məlumatına görə, 21 yaşlı futbolçunun səfərinin məqsədi zədə ilə bağlıdır. Əldə etdiyimiz məlumata görə, Ələsgərov milli komandamızın Avstriyadakı toplanışında əzələsindən zədə alıb.Son mövsümü icarə əsasında "Kəpəz”də keçirən futbolçu məhz zədəsini tam bərpa etmək üçün Türkiyəyə səfər edib. 
 
Qeyd edək ki, yarımmüdafiəçinin birbaşa Avstriyaya – "Qarabağ”ın yay təlim-məşq toplanışına gedəcəyi gözlənilir. 
 
Onu da bildirək ki, Ələsgərov bir müddət önə ağır zədə almışdı. O, sözügedən zədəsinə görə Almaniyada əməliyyat olunmuş və təxminən 7 ay yaşıl meydanlara ayaq basa bilməmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right