Adı “Neftçi” ilə hallanan futbolçu “Zirə”dən ayrıldı

Azərbaycan Premyer Liqasının 2015/16 mövsümünü II pillədə başa vuran "Zirə”də daha bir ayrılıq reallaşıb.

Newsport.az-ın məlumatına görə, Nicat Qurbanov, Tərzin Cahangirov, Sadiq Quliyev, Tellur Mütəllimov, Rəşad Abdullayev, Ruslan Poladov, Çmezi Mbah, Dieqo Souza və Luis Alberto Diezin ardından Viktor İbokoyi də qəsəbə təmsilçisindən ayrılıb. 
 
Əldə etdiyimiz məlumata görə, nigeriyalı futbolçu mövsümün sonunda başa çatan müqaviləsinin müddətini artırmayıb.
 
Qeyd edək ki, 2006-cı ildən bu yana ölkəmizdə top qovan futbolçunun adı Bakının "Neftçi” komandası ilə birgə hallanır. "Ağ qaralar" paraqvaylı Erik Ramosun yerini məhz İbokoyi ilə doldurmaq niyyətindədirlər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right