Yeni mövsüm üçün hazırlıqlara start verən "Əlincə" Futbol Klubunun akademiyası U-10 komandası üçün seçimlər elan edir.
Newsport.az-ın məlumatına görə, seçimlər 2007-2008-ci il təvəllüdlü uşaqlar arasında keçiriləcək.
İştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.
Seçimlər iyunun 10,11 və 12-də saat 10:00-da və 16:00-da olacaq. Tel: 070 422 04 64