Yığmamızın üzvü daha iki il “Sumqayıt”da

Heyətində "təmizləmə işləri” apardıqdan sonra bir neçə futbolçunu komanda saxlayan "Sumqayıt” daha bir oyunçusu ilə bağlı qərar qəbul edib.

Newsport.az-ın məlumatına görə, "gənclik şəhəri” təmsilçisi müdafiəçi Xəyal Nəcəfovla da danışıqları yekunlaşdırıb.
 
Bəxtiyar Həsənalızadə, Vurğun Hüseynov, Amil Yunanov, Amit Quluzadə, Mikayıl Rəhimov və Tərlan Əhmədli ilə yeni müqavilə imzalayan "kimyaçılar” Nəcəfovun da xidmətindən daha iki mövsüm yararlana biləcəklər..
 
Qeyd edək ki, hələlik yalnız Fərhad Vəliyevi transfer edən "Sumqayıt” Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Tofiq Mikayılov, Emin Mehdiyev, Uğur Pamuk, Cəmil Hacıyev, Tural Abbaszadə, Aleksandr Çertoqanov və Murad Ağayevlə yollarını ayırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right