Azərbaycanda 2016/2017 mövsümünün yay "transfer pəncərəsi”nin vaxtı müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, sabah transfer dönəmi rəsmən açıq elan ediləcək.
Azərbaycan Premyer Liqasında iştirak edəcək klublar heyətlərini avqustun 31-dək gücləndirmək hüququna malik olacaqlar. Çünki məhz həmin gün "transfer pəncərəsi” rəsmən bağlanacaq.
Qeyd edək ki, artıq bir neçə klubumuz "transfer pəncərəsi"ni gözləməyərək heyətini güləndirib.