Qaxda Live Your Goals festivalı keçiriləcək

İyunun 19-da Qax şəhərində FIFA-nın bayrağı altında AFFA-nın təşkilatçılığı ilə “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) festivalı təşkil olunacaq.

Newsport.az-ın məlumatına görə, festivalda iştirak etmək üçün  qeydiyyatdan keçmək istəyənlər (6-20 yaş arası qızlar) iyunun 10-dək +994 12 404 27 77 telefon nömrəsinə zəng etməklə ad, soyad, ata adı, təvəllüd  və əlaqə nömrəsi barədə məlumat verməlidir.

“Live Your Goals” (Öz məqsədlərini yaşat) layihəsi ilk dəfə 2011-ci ildə Almaniyada keçirilən FİFA Qadınlararası Dünya Kuboku ərəfəsində həyata keçirilib. Layihənin tətbiqində məqsəd qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların futbolla mütəmadi şəkildə məşğul olmasına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın artırılmasıdır.

Azərbaycanda “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) silsilə tədbirləri  2012-ci ildən keçirilir. Festival həmin il martın 12-də "Dalğa Arena"da, aprelin 30-da Zaqatalada, iyunun 8-də Qubada, iyulun 28-də Şəkidə, avqustun 30-da Masallıda, həmçinin sentyabrın 18-də Bayıl stadionunda  müvəffəqiyyətlə keçirilib və bu tədbirlərdə beynəlxalq futbol qurumlarının nümayəndələri ilə yanaşı, tanınmış qadın futbol veteranları Şirli Kruz və Şteffi Cons iştirak ediblər.

2014-cü ildə tədbir Mingəçevir və Sumqayıt şəhərlərində, 2015-ci ildə isə Xaçmaz və Qəbələ şəhərlərində təşkil olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right