Fərhad Vəliyev: "Qarabağ"a qayıtmaq istəyirəm"

"Qarabağ"ın qolkiperi Fərhad Vəliyevin komandamızın sıralarını tərk edərək "Sumqayıt"la müqavilə bağlayıb. 2006-cı ildən 9 il müddətində komandada tər tökən Vəliyev "Qarabağ"ın qazandığı uğurlarda pay sahibi olub.

Newsport.az-ın məlumatına görə, qolkiper komandadan ayrılması haqda klubun rəsmi saytına açıqlama verib:

"Təbii ki, 9 ildir oynadığım komandadan ayrılmaq mənim üçün üzücüdür. Bura mənə ailəm kimidir. Nə vaxtsa, yenidən məşqçi kimi də olsa da, "Qarabağ"a qayıtmaq istəyirəm. Bu 9 il karyeramın ən yaxşı vaxtlarıydı. Hər zaman klub rəhbərliyi, baş məşqçimiz Qurban müəllim, Elxan müəllim (Elxan Həsənov – qapıçı hazırlığı üzrə məşqçi) öz dəstəyini verib. Daha bir - iki il karyeramı davam etdirmək fikrindəyəm. Bir daha vurğulayım, nə vaxtsa yenidən "Qarabağ"a qayıtmağı planlaşdırıram. Daim "Qarabağ"ın uğur qazanmasını arzulayacam".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right