Yeni mövsümün hazırlıqları üçün Avstriyaya gedəcək "Qarabağ"ın keçirəcəyi yoxlama görüşlərindəki ikinci rəqibi də müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, son Azərbaycan çempionu Rusiyanın "Rostov" klubu ilə qarşılaşacaq.
Ağdam təmsilçisinin Rusiya Premyer Liqasında mübarizə aparan klubla oyunu iyunun 28-də keçiriləcək.
Qeyd edək ki, "Qarabağ"ın ilk rəqibi yerli "Vakker" klubudu. Həmin qarşılaşma iyunun 25-də baş tutacaq.