Xəbər verdiyimiz kimi, bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.
Newsport.az-ın məlumatına görə, iclasda Premyer Liqanın növbəti mövsüm üçün neçə klubla keçirilməsi müzakirə olunub.
8 komanda – "Qəbələ”, "İnter”, "Qarabağ”, "Neftçi”, "Zirə”, AZAL, "Kəpəz” və "Sumqayıt”ın lisenziya şərtlərinə cavab verdiyini bildirən İK üzvləri iştirakçıların sayının hələ tam dəqiqləşmədiyini qeyd ediblər.
Əgər 8 komandadan başqa heç bir kluba lisenziya verilməsə, Topaz Premyer Liqasının növbəti mövsümü 4 dövrəli sistem üzrə keçiriləcək.