Reynaldo ilə Almeyda millimizdə oynayacaq?

"Milliləşdirilmiş futbolçuların millimizə dəvət alması birbaşa baş məşqçinin qərarıdı. Belə futbolçuların milli komandaya cəlb olunması rəqabətin daha gücləndirilməsi üçün ölçülüb.Məsələn, milli komandamızın 2 hücumçusu var və həmin futbolçular düşünür ki, bizi əvəz edəcək forvard olmayacaq, ona görə də rahat oynayırlar”.

Newsport.az-ın məlumatına görə, bu sözlər AFFA-nın baş katibi Elxan Məmmədova məxsusdur. O, "Xəzər TV”də yayımlanan "Futbol Saatı” verilişində belə açıqlama verib. 
 
Qurum rəsmisi "Qarabağ”ın futbolçusu Reynaldonun milliləşdirilməsi ilə bağlı sualı belə cavablandırıb: "2012-13-cü illərdə Reynaldonun "Qarabağ”a gəlməsindən sonra onun milliləşdirilməsi ilə bağlı məsələ ortaya çıxdı. Həmin müddətdə belə xəbərlər mətbuatda böyük səs-küyə səbəb oldu. Yüksək təşkilatlardan bizə xəbərdarlıq məktubu göndərildi ki, sizi izləyirik. Bilirsiz, Reynaldo ilə əlaqəli kimsə hansısa ölkədən məlumat əldə etsə onun bizim ölkədə hansı müddətdən çıxış etdiyini biləcək. Ona görə, belə şeylərə diqqətli olmalıyıq. Reynaldo və Almeyda 5 il Azərbaycanda çıxış etdikdən sonra onları milliləşdirmək rahat olar. O zaman da millinin baş məşqçisi onların səviyyəsindən razı olar və ya yox artıq bu onun qərarıdı. Reynaldo ilə söhbət etdik, o, millidə çıxış etməyə razı olduğunu bildirib. Ümumiyyətlə bir legioner futbolçunu milliləşdirmək asan deyil. Onun ölkəsindən Azərbaycana bağlayan sübut sənədləri gətirilir. Bundan sonra Gənclər və İdman Nazirliyi də öz köməkliyini göstərir".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right