"Qarabağ"ın ilk rəqibi müəyyənləşdi

Yeni mövsümün hazırlıqları üçün Avstriyaya gedəcək "Qarabağ"ın keçirəcəyi yoxlama görüşlərindəki ilk rəqibi müəyyənləşib.

Newsport.az-ın klubun rəsmi "facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, son Azərbaycan çempionu Avstriyanın "Vakker" (İnsbruk) klubu ilə qarşılaşacaq.

Ağdam təmsilçisinin Avstriyanın II liqasında mübarizə aparan klubla oyunu iyunun 25-də keçiriləcək.

Qeyd edək ki, "Vakker" klubu ötən mövsüm Avstriya II liqasını 3-cü pillədə başa vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right